"Barselona"dan PSJ-yə 222 milyon avro qarşılığında transfer olan Neymarın bütün sənədləşmə işləri başa çatdırılıb.
Sportal.az xəbər verir ki, Fransa Futbol Federasiyasının braziliyalı hücumçunun keçidiylə bağlı olan bütün sənədləri qaydasına salıb. Bu da o deməkdi ki, Fransa Liqa 1-in ilk turunu transfer işlərinin tam tamamlanmamasına görə buraxan Neymar, 2-ci turda baş məşqçi Unay Emeri şans verəcəyi halda, Paris klubunda debüt edəcək.
PSJ Liqa 1-in 2-ci turunda səfərdə “Genqam”la qarşılaşacaq. Matç avqustun 13-də, saat 23:00-da keçiriləcək.
saytlarin hazirlanmasi