"Qarabağ" şokda: Kintananın qayıdışı uğursuz alındı

22:54 - 11 Avqust 2017

“Qarabağ”ın futbolçusu Dani Kintana uzun müddətdən sonra yaşıl meydanlara dönüb.  

 

Sportal.az xəbər verir ki, ispaniyalı futbolçu bu gün Azərbaycan Premyer Liqasının I tur çərçivəsində baş tutan “Neftçi” – “Qarabağ” matçında şans qazanıb. O, oyunun 75-ci dəqiqəsində Qara Qarayevin əvəzinə meydana daxil olub. Lakin 87-ci dəqiqədə zədələnib. Matçı davam etdirə bilməyən futbolçu meydanı tərk edib.

 

"Qarabağ" qarşılaşmanın sonuna qədər bir nəfər azlıqda mübarizə aparıb.

 

Xəbər xətti