“Qarabağ”ın futbolçusu Qara Qarayev komandasının Çempionlar Liqasının pley-off mərhələsində “Kopenhagen”lə keçirəcəyi oyuna özü pul verib bilet alıb.
Sportal.az-ın xəbərinə görə, bu haqda Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov öz sosial şəbəkə hesabında məlumat verib. Qaranın biletləri yaxınları və doğmaları üçün aldığı bildirilir.
Qeyd edək ki, bu gün “Qarabağ” – “Kopenhagen” matçının biletləri satışa çıxarılıb. Oyuna maraq çox olduğundan Tofiq Bəhramov adına Respublika stadionunun kassaların uzun növbələr yaranıb.
Xatırladaq ki, “Qarabağ” – “Kopenhagen” görüşü avqustun 15-də keçiriləcək.
saytlarin hazirlanmasi