Dani Kintananın durumuna aydınlıq gəldi

19:57 - 12 Avqust 2017

"Qarabağ"ın futbolçusu Dani Kintananın durumuna aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, uzun müddətli zədədən sonra yaşıl meydanlara qayıdan futbolçu dünən “Neftçi”yə qarşı matçın 86-cı dəqiqəsində zədələnərək meydanı vaxtından əvvəl tərk etmişdi.

 

İspaniyalı yarımmüdafiəçi bu gün MRT müayinəsindən keçib. Futbolçunun əzələsinin dartılması müəyyən edilib. Bu səbəbdən Dani Kintana təxminən 3 həftə sonra məşqlərə start verəcək.

Xəbər xətti