Riçard Almeyda: "Əvvəlki formama qayıtmaq istəyirəm"

19:19 - 14 Avqust 2017

"Bizi asan oyun gözləmədiyini bilirik".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Riçard Almeyda deyib. Ağdam klubu Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində sabah "Kopenhagen"i qəbul edəcək.

 

Oyundan öncə keçirilən mətbuat konfransında Almeyda da iştirak edib. O, sabahkı matç barədə bunları deyib: "Rəqib 4-4-2 sxemi ilə oynayır. Səbrli olmalıyıq. Öz gücümüzə inanmalıyıq, əsas budu". 

 

Milliləşdirilmiş futbolçu son zamanlar zəif çıxış etməsi ilə bağlı verilən suala belə cavab verib: "Mən də razıyam ki, əvvəlki formamdan uzağam. Nəzərə alın ki, qasıq nahiyəmdən zədələnmişdim. Üzərimdə çox çalışıram. Əvvəlki formama qayıtmaq istəyirəm. Dediyiniz amillərin bununla heç bir əlaqəsi yoxdu".

Xəbər xətti