“Qarabağ”ın polşalı futbolçusu Yakub Jezniçak Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində “Kopenhagen”lə keçirilən qarşılaşmadan sonra azarkeşlərə təşəkkür edib.
Sportal.az xəbər verir ki, müdafiəçi Respublika stadionunu dolduran azarkeşlərə “facebook” səhifəsi vasitəsiylə təşəkkür edib:
“Azarkeşlərimizə böyük təşəkkürlər! Bir sözlə, stadionda fantastik ab-hava yaratmışdız”.
“Qarabağ” Bakıdakı görüşdə “Kopenhagen”i 1:0 hesabı ilə məğlub edib. Cavab matçı avqustun 23-də Danimarkada keçiriləcək.
saytlarin hazirlanmasi