Mahmud Qurbanov: "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq"

14:02 - 19 Avqust 2017

Azərbaycan millisinin məşqçisi Mahmud Qurbanov Sportal.az saytına açıqlama verib.
 
Mütəxəssis "Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Danimarkanın "Kopenhagen" klubuna 1:0 hesabı ilə qalib gəldiyi oyun barədə danışıb. Onun sözlərinə görə, Ağdam təmsilçisi böyük hesablı qalibiyyət də əldə edə bilərdi:

 

“Oyunu izlədim. “Qarabağ” çox yaxşı təsir bağışladı. Qarşılaşmanın gedişatı göstərdi ki, “Qarabağ” rəqibdən güclüdür. Bu, açıq-aşkar görünürdü. Qol şanslarından yararlanmaq mümkün olsaydı, hesab 2:0 və ya 3:0 da ola bilərdi. Düşünürəm ki, komandamız Danimarkada da bu oyununu nümayiş etdirib qol vuracaq və ÇL-in qrup mərhələsinə vəsiqə qazanacaq”.

 

Qurbanov “Qarabağ”ı daha şanslı sayıb: “Deyərdim ki, “Qarabağ” rəqibdən çox üstün oldu. Düzdür, səfərdə bir qədər çətin olacaq. Amma təmsilçimiz bunun öhdəsindən gələcək”.

Xəbər xətti