Tahir Gözəl sabiq “Qarabağ”lını ziyarət etdi FOTO

17:48 - 21 Avqust 2017

Vaxtilə “Qarabağ”ın akademiyasına rəhbərlik etmiş məşhur türkiyəli mütəxəssis Serpil Tüzünün səhhətində problem yaranıb.

 

Sportal.az xəbər verir ki, Ağdam klubunun vitse-prezidenti Tahir Gözəl Serpil hocanı ziyarət edib. Bu barədə məlumatı “Qarabağ”ın saytı yayıb. Klub rəsmisi Tüzünlə "Qarabağ"dan, onun verdiyi xidmətlərdən, “köhlən atlar”ın son uğurlarından bəhs edib. Qocaman mütəxəssisin səhhətiylə maraqlanan Gözəl, ona şəfa diləyib.

 

Həmdi Serpil Tüzün 2004-2005 və 2010-2012-ci illərdə “Qarabağ”ın uşaq futbol akademiyasına rəhbərlik edib. O, Ağdam klubuna gələr-gəlməz islahatlara başlayıb.

 

“Qarabağ” Azərbaycanda ilk dəfə uşaq futbolunda qapısını hər kəsə açaraq müxtəlif yaş qrupları üzrə seçimlər edib. Bu seçimlərdə Serpil o vaxt onlarla azyaşlı uşaqları futbol akademiyasına dəvət edib. Məhz bu uşaqlar içindən 4 nəfər: Qara Qarayev, Əfran İsmayılov, Rauf Əliyev və Maksim Medvedev illər keçdikcə həm "Qarabağ"ın, həm də milli komandamızın əsas futbolçusu olub.

 

Xəbər xətti