"Qarabağ" Danimarkadadır

01:22 - 22 Avqust 2017

Bu gün “Qarabağ” saat 17:50-də Bakı-Kopenhagen reysiylə Danimarkaya yollanıb.

 

Sportal.az xəəbər verir ki, 5 saatlıq yolçuluqdan sonra Kopenhagen şəhərinə çatıb və artıq qalacağı otelə yerləşib.

 

Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında avqustun 23-də səfərdə “Kopenhagen”in qonağı olacaq. Qarşılaşma Bakı vaxtıyla saat 22:45-də start götürəcək.

Xəbər xətti