Türkiyə Super Liqasında 3-cü turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, əsas millimizin üzvü Dəniz Yılmaz və gənclər yığmamızın futbolçusu Ozan Can Kökcünün şərəfini qoruduğu “Bursaspor” səfərdə "Beşiktaş"la üz-üzə gəlib və bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.
Dəniz də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin forvardı 66-cı dəqiqədə əvəzlənib. Ozanın adı isə matçın iştirak ərizəsinə daxil edilməyib.
"Bursaspor" geridə qalan turlarda topladığı 3 xalla 18 iştirakçı arasında 11-cidir. "Beşiktaş" isə 7 xalla 2-ci pillədə qərarlaşıb. Lider 9 xalla "Qalatasaray"dır.
"Beşiktaş" - "Bursaspor" 2:1
Qollar: Toşiç, 18. Hatçinson, 64 - Delarqe, 23.
saytlarin hazirlanmasi