Türkiyə milli komandasının heyətində dəyişiklik edilib.
Sportal.az xəbər verir ki, "ay-ulduzlular"ın baş məşqçisi Mirça Luçesku heyətə iki yeni futbolçu dəvət edib. Belə ki, zədələnən qapıçı Harun Təkinin əvəzinə "Konyaspor"dan Sərkan Kırıntılı heyətə daxil edilib. Bundan başqa "Beşiktaş"ın kapitanı Oğuzxan Özyakupda milliyə dəvət olunub.
Qeyd edək ki, Türkiyə yığması DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Ukrayna və Xorvatiya milli komandaları ilə qarşılaşacaq.
saytlarin hazirlanmasi