İsrailin “Makkabi Təl-Əviv” klubu “Beşiktaş”da çıxış edən Aleksandr Miloşeviçi heyətinə qatmaq istəyir.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müdafiəçinin “qara qartalar”dan gedib-getməyəcəyi İsraildə transfer dönəminin başa çatacağı günə - sentyabrın 5-nə kimi dəqiqləşəcək.
İstanbul təmsilçisinin 25 yaşlı isveçli futbolçunu klubdan göndərmək istədiyi bildirilir.
Xatırladaq ki, keçən mövsümü “Darmştadt”da keçirən müdafiəçi Bundesliqada iştirak etdiyi 20 oyuna 1 məhsuldar ötürmə edib.