Türkiyə Super Liqasında mübarizə aparan “Qalatasaray” axtardığı ehtiyat qapıçını tapıb.
Sportal.az qardaş ölkə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Sedrik Karrassonu heyətinə qatıb.
Qolkiper üçün heç bir transfer məbləği ödəməyən “Cim Bim” Karrassoyla 1 illik müqavilə imzalayıb. 35 yaşlı qolkiperin illik maaşı 600 min avro olacaq.
Fransalı “çərçivə qoruyucusu” iştirak etdiyi hər oyundan sonra qazanılan hər xal üçün 5000 avro, iştirak etmədiyi hər oyundan sonra qazanılan hər xala görə isə 1250 avro məbləğində mükafat alacaq.