Türkiyə Super Liqasında mübarizə aparan “Fənərbaxça” qapıçısı Volkan Dəmirəllə bağlı qərarını verib.
Sportal.az xəbər verir ki, “sarı-lacivərdlilər” bu mövsüm uğursuz çıxış edən təcrübəli qolkiper ilə yollarını ayırmaq qərarına gəlib.
36 yaşlı “çərçivə qoruyucusu” mövsümün sonunda komandadan göndəriləcək.
Qeyd edək ki, “Fənərbaxça” yayda Dəmirəllə 1+1 il prinsipi ilə müqavilə imzalayıb.
Xatırladaq ki, türkiyəli qapıçı keçən mövsüm 42 matçda iştirak edib.
saytlarin hazirlanmasi