Bu yay önəmli transferləri ilə yadda qalan “Qalatasaray” gələn mövsüm üçün indidən çalışmalara başlayıb.
Sportal.az qardaş ölkə mətbuatına istinadən xəbər verir ki, “Cim Bom” “Bavariya”nın ulduz futbolçusu Aryen Robbeni 2018-2019 mövsümü üçün heyətinə qatmaq niyyətindədir.
Holland hücumçu üçün yanvar ayında danışıqlara başlanacağı və İstanbul təmsilçisinin ilk görüşdə müsabət nəticə əldə etmək istədiyi bildirilir. “Qalatasaray” 33 yaşlı oyunçuya 1+1 illik saziş təklif edəcək.
Qeyd edək ki, Robbenin “Bavariya” ilə müqaviləsi mövsümün sonunda bitir.
saytlarin hazirlanmasi