Türkiyə Futbol Federasiyası (TFF) “Fənərbaxça”nı cəzalandırıb.
Sportal.az xəbər verir ki, İstanbul klubunun cəzalandırılmasına, Super Liqanın 4-cü turu çərçivəsində baş tutmuş “Başakşəhər”lə ev oyununda (2:3) azarkeşlərinin davranışı səbəb olub. “Fənər” 100 min türk lirəsi məbləğində cərimə edilib. Bundan əlavə, hadisələrin cərəyan etdiyi bir tribuna bir oyunluq bağlanıb.
“Fənərbaxça” Super Liqanın 6-cı turunda, sentyabrın 23-də baş tutacaq “Beşiktaş”la ev oyununda həmin tribunaya azarkeş qəbul edə bilməyəcək.
saytlarin hazirlanmasi