Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası reallaşıb.
Sportal.az xəbər verir ki, “Osmanlıspor”da baş məşqçisi Bülənt Uyqun ilə yollar ayrılıb.
Qeyd edək ki, hal-hazırda “Osmanlıspor”un 5 turdan sonra 1 xalı var. Komanda liqadakı sonuncu qarşılaşmasında öz evində “Dəmir Qrup Sivasspor”a 4-2 hesabı ilə məğlub olub.
Xatırladaq ki, bu, Türkiyə Super Liqasında cari mövsümdə ilk baş məşqçi istefası deyil. Bundan əvvəl “Gənclərbirliyi”ndə Ümit Özat və “Yeni Malatyaspor” Ərtoğrul Sağlam komandadan ayrılmışdı.