Türkiyə 1-ci Liqasında mübarizə aparan “Əskişəhər” klubunun baş məşqçisi Sərgən Yalçın istefa edib.
Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis məşqçi heyətinin komandadan ayrılacağını açıqlayıb.
Yalçın son olaraq Türkiyə Kubokunun 3-cü turu çərçivəsində “Ərzincanspor”a qarşı keçiriləcək oyunda komandasının başında olacaq.
Qeyd edək ki, 44 yaşlı çalışdırıcı bu ilin iyul ayında komandanın baş məşqçilik postuna gətirilmişdi.
saytlarin hazirlanmasi