Türkiyə millisinin sabiq baş məşqçisi Fatih Terim Türkiyə Futbol Federasiyasından (TFF) təzminat tələb edib.
Sportal.az xəbər verir ki, mütəxəssis bu ilin iyulunda müqaviləsi ləğv olunduğu üçün 1 illik maaşının ödənilməsini istəyib.
64 yaşlı məşqçinin 2013-cü ildə imzaladığı 5 illik müqavilədə onun illik maaşı 3.5 milyon avro göstərilib. Müqaviləsinin bitməsinə 16 ay qalmış vəzifəsindən göndərilən Terim federasiyadan 12 ayın təzminatını - 3.5 milyon avro istəyib.
Qeyd edək ki, Terimin istefaya göndərilməsindən sonra Türkiyə millisinə Mirça Luçesku rəhbərlik edir.
saytlarin hazirlanmasi