Dünən Türkiyə Super Liqasının 6-cı turunda “Fənərbaxça” “Beşiktaş”ı qəbul edib.
Sportal.az xəbər verir ki, “sarı-lacivərdlilər”in 2:1 qazandığı oyunun 68-ci dəqiqəsində baş hakimə sərt reaksiya göstərəndən sonra tribunaya göndərilən “qara qartallar”ın çalışdırıcısı Şenol Günəşin 2- 5 oyun arası cəza alacağı gözlənilir.
Qeyd edək ki, “Beşiktaş” 7-ci turda doğma meydanında “Trabzonspor”u qəbul edəcək.
saytlarin hazirlanmasi