Almaniya Bundesliqasında mübarzə aparan “Bavariya”nın ulduz futbolçusu Frank Riberi Türkiyə Super Liqasının bir neçə klubu ilə görüşür.
Sportal.az xəbər verir ki, bu haqda “France Football” məlumat yayıb.
Bildirilir ki, 2007-ci ildən bəri Münhen təmsilçinin formasını geyinən Riberi yeni macəraya hazırlaşır.
Bundan əvvəl 34 yaşlı oyunçu Türkiyədə 2004-2005 mövsümündə “Qalatasaray”ın heyətində oynamış, daha sonra alacaqlarının ödənilməməsi səbəbilə “Marsel”ə keçmişdi.
Xatırladaq ki, “Bavariya” ilə sözləşməsi mövsümün sonunda bitəcək fransız yarımmüdafiəçi cari mövsümdə indiyə qədər forma geyindiyi 8 oyuna 1 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi