Rza Çalımbayla yollarını ayıran Türkiyənin “Antalyaspor” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Sportal.az xəbər verir ki, Antalya təmsilçisini braziliyalı mütəxəssis Leonardo çalışdıracaq. 48 yaşlı mütəxəssisin müqaviləsi bardədə məlumat verilməyib.
Leonardo 2009/10 mövsümündə “Milan”ın, 2010/11 mövsümündə isə “İnter”in baş məşqçisi olub. Daha sonra Fransanın PSJ klubunda idman direktoru kimi 6 ay çalışan mütəxəssis tezliklə “Antalyaspor”la rəsmi müqavilə imzalayıb, yeni işinə başlayacaq.
"Antalyaspor" Super Liqada 6 turdan sonra 6 xal toplayıb və turnir cədvəlində 13-cü pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi