Türkiyə klubu yeni baş məşqçisini təqdim etdi

16:16 - 28 Sentyabr 2017

Türkiyənin "Antalyaspor" klubunun yeni baş məşqçinin adına rəsmən aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisini braziliyalı Leonardo Arauxo çalışdıracaq. Bu barədə klubunun rəsmi məlumat yayıb. 48 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, Leonardo İtaliyanın "Milan" və "İnter" klublarını çalışdırıb, PSJ-nin idman direktoru kimi fəaliyyət göstərib.

Xəbər xətti