"Fənərbaxça"nın heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin yarımmüdafiəçisi Mehmet Ekici zədələnib. Əzələsində yırtıq aşkarlanan 27 yaşlı yarımmüdafiəçi 1 ay yaşıl meydanlardan uzaq qalacaq.
Bu isə o deməkdir ki, Türkiyə millisinin üzvü 22 oktyabr tarixində "Qalatasaray"la baş tutacaq İstanbul derbisində komandasına kömək edə bilməyəcək.
saytlarin hazirlanmasi