Türkiyə Super Liqasının 14-cü turu çərçivəsində "Beşiktaş" doğmameydanda "Qalatasaray"ı qəbul edəcək.
Sportal.az xəbər verir ki, İstabul derbisinin hakimləri müəyyənləşib. Əzəli rəqiblərin bu dəfəki duelində Fırat Aydınusun rəhbərlik etdiyi hakimlər briqadası ədaləti qoruyacaq. Ona Serkan Ok və Aleks Taşçıoğlu kömək edəcək.
Qeyd edək ki, "Beşiktaş" - "Qalatasaray" qarşılaşması 2 dekabr tarixində Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.
saytlarin hazirlanmasi