Qışda "Beşiktaş"a keçəcəyi gözlənilən Domaqoy Vida "Dinamo" Kiyevin azarkeşləri ilə vidalaşıb.
Sportal.az xəbər verir ki, xorvatiyalı futbolçu Avropa Liqasınn qrup mərhələsi çərçivəsində baş tutan "Dinamo" - "Partizan" (4:1) görüşündə komanda ilə sağollaşıb.
Vida "Beşiktaş"la ilkin razılığa gəlib və 2018-ci ilin yanvarında İstanbul klubu ilə müqavilə bağlayacaq. 28 yaşlı müdafiəçi "Beşiktaş"a azad agent statusu ilə keçəcək.
Qeyd edək ki, Xorvatiya millisinin üzvü 2013-cü ildən Ukraynda klubunda top qovurdu.
saytlarin hazirlanmasi