"Qalatasaray"ın heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, komandanın aparıcı futbolçularından olan Fernando Reqes zədələnib. Super Liqanın 17-ci turunda "Göztəpə" ilə qarşılaşmada (3:1) zədələnən yarımmüdafiəçinin durumu ciddidi.
Tibbi müayinədən sonra 30 yaşlı futbolçunun sağ iç yan bağlarında yırtıq aşkarlanıb. Braziliyalı yarımmüdafiəçinin əməliyyat olunmayacağı, lakin 2 ay yaşıl meydanlardan kənar qalacağı bildirilir.
saytlarin hazirlanmasi