Fil Dişi Sahili millisinin keçmiş futbolçusu Didye Droqba "Qalatasaray"a qayıda bilər.
Sportal.az xəbər verir ki, 39 yaşlı hücumçu sabiq komandasına məşqçi kimi çalışmağa hazırlaşır.
"Sarı-qırmızılar"ın baş məşqçisi Fatih Terim hazırda "Phoenix Rising"də forma geyinən oyunçu ilə danışıq aparıb və onunla işləmək istədiyini bildirib. Droqba "cim-bom"un təklifinə yaxın günlərdə cavab verəcəyini deyib.
Qeyd edək ki, Fatih Terim klubun "sükanı arxası"na keçdikdən sonra Emanuel Ebueyə də iş təklif edib. Ebue "Qalatasaray"ın 14 yaşlılardan ibarət komandasında məşqçi kimi fəaliyyət göstərəcək.
saytlarin hazirlanmasi