Türkiyənin "Alanyaspor" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisini Hikmət Karaman çalışdıracaq. Təcrübəli mütəxəssislə il yarımlıq müqavilə imzalanıb. O, bu postda bir neçə gün öncə istefa vermiş Safet Suşiçi əvəz edib.
Qeyd edək ki, Hikmət Karamanın son iş yeri PTT I Liqada mübarizə aparan "Çaykur Rizəspor" olub.
saytlarin hazirlanmasi