Türkiyə Kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçirilir.
Sportal.az xəbər verir ki, “Fənərbaxça” doğma meydanda “Girəsunspor”u qəbul edib. İlk görüşdə 2:1 hesablı qələbə qazanan "Fənərbaxça" cavab matçında da sevinən tərəf olub - 2:1. Ümumi nəticədə 4:2 hesabı ilə qalib gələn "sarı-lacivərdlilər" yarımfinala adlayıb.
Qeyd edək ki, "Fənərbaxça" yarımfinalda Beşiktaş"la qarşılaşacaq. Yarımfinalın digər sahibi isə "Akhisar" olub. Son yarımfinalçı "Qalatasaray" - "Konyaspor" matçından sonra bəlli olacaq.
Türkiyə kuboku
1/4 final, cavab oyunları
6 fevral
“Fənərbaxça” - “Girəsunspor” 2:1
Qollar: Məhəmməd Qaraqoç, 18 (1:1), Atif Şeşue, 37 - Diabanq Dialiba, 13
İlk oyun: 2 - 1
saytlarin hazirlanmasi