Türkiyə Kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçirilib.
Sportal.az xəbər verir ki, “Qalatasaray” doğma meydanda “Konyaspor”u qəbul edib. İlk görüşdə 2:2 hesablı heç-heçə qeydə alınmışdı. Cavab matçında isə "Qalatasaray" rəqibini 4:1 hesabıyla məğlub edib. Bununla da İstanbul klubu yarımfinala yükəsələn sonuncu klub olub.
Qeyd edək ki, "Qalatasaray" yarımfinalda "Akhisar"a rəqib olub. "Digər yarımfinal matçında Fənərbaxça" "Beşiktaş"la qarşılaşacaq.
saytlarin hazirlanmasi