Türkiyəni Çempionlar Liqasında təmsil edən "Beşiktaş"ın yeni transfer hədəfi bəlli olub.
Sportal.az saytı xəbər verir ki, "qara qartallar" Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Əin" klubunun yarımmüdafiəçisi Omar Abdulrahmanı transfer etmək istəyir. "Ərəb Messi" ləqəbli futbolçunun klubu ilə müqaviləsi fevralın 28-də başa çatacaq. Türkiyə mətbuatının məlumatına görə, İstanbul klubu 26 yaşlı futbolçuya illik 3 milyon avroluq maaşı olan müqavilə təklif edib.
Qeyd edək ki, Abdulrahman "Əl-Əin"in yetirməsidir. Hücumameyilli futbolçu 2011-ci ildən ölkəsinin əsas yığmasında çıxış edir.
saytlarin hazirlanmasi