Azərbaycan millisinin müdafiəçisi Ufuk Budakın şərəfini qoruduğu Türkiyənin “Samsunspor” klubunda baş məşqçi dəyişikliyi reallaşıb.
Sportal.az xəbər verir ki, TFF 1-ci liqa təmsilçisi cari mövsümdəki uğursuz çıxışa görə Engin İpekoğlunu istefaya göndərib. Baş məşqçi postu Besim Durmuşa tapşırılıb.
Bu mövsümə Alpay Özalanın rəhbərliyi altında başlayan Samsun klubu 7-ci turdan sonra onu istefaya göndərmiş və baş məşqçi postuna Engin İpekoğlu gətirilmişdi.
Xatırladaq ki, “Samsunspor” TFF 1-ci Liqada geridə qalan 24 oyunda cəmi 28 xal toplayıb və 18 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi