"Qarabağ"da istirahət başa çatdı

15:53 - 19 Mart 2018

Azərbaycan Premyer Liqasının XX turunda "Neftçi"ylə oyundan sonra istirahətə buraxılan "Qarabağ" bu gün klubun bazasında bir araya gəlib.

 

Sportal.az xəbər verir ki, futbolçular saat 11:00-da məşqə çıxaraq aprelin 1-i baş tutacaq "Keşlə"ylə oyunun hazırlığına start verib. Milli komandamızda yer alan futbolçular məşqdə iştirak etməyib.

 

Qeyd edək ki, əvəzedici heyətin bir neçə üzvü də komandayla məşqə çıxıb. (Klub saytı)

Xəbər xətti