Şehiç: "Milli komanda ilə yaxşı nəticələrə imza atmaq istəyirəm"

00:44 - 29 Mart 2018

Bosniya və Herseqovina millisinin və “Qarabağ”ın qapıçısı İbrahim Şehiç ölkəsinin mətbuatına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, ötən gün yoxlama görüşündə Seneqala qarşı 90 dəqiqə oynayan qolkiper komandasının çıxışından razı qalıb:

 

“Rəqibi analiz edib, oyuna yaxşı hazırlaşmışdıq. Qələbə qazanmalı idik. Çünki Seneqaldan daha çox qol imkanımız oldu. İki yaxşı yoxlama oyunu keçirdik. Yeni məşqçilər korpusu ilə tanışıq. Hesab edirəm ki, bu komanda zamanla daha yaxşı oynayacaq. Kollektiv kimi daha da inkişaf edib, bizi qarşıda gözləyən böyük turnirə hazır olacağıq”.

 

Bolqarıstan və Seneqalla oyunlarda (1:0, 0:0) qapısını toxunulmaz saxlayan Şehiç yenidən milli komandaya dəvətə alacağına ümid edir:

 

“Hər bir qapıçı qol buraxmayanda özünü xoşbəxt sayır. Əsas odur ki, əsl komanda kimi oynadıq. Şadam ki, son 2 qarşılaşmada əsas heyətdə meydana çıxdım. İnanıram ki, yenidən bu şansı qazanacağam. Milli komanda ilə yaxşı nəticələrə imza atmaq istəyirəm”.

Xəbər xətti