Pep Qvardiola: "Bu hesaba inana bilmirəm"

10:48 - 5 Aprel 2018

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola ÇL-in 1/4 finalında "Liverpul"a 0:3 hesablı uduzduqları matçında ardından açıqlama verib.

 

Sportal.az xəbər verir ki, təcrübəli çalışdırıcı böyük hesablı yenilgiyə baxmayaraq, əllərindən gələni edəcəkləri söyləyib:

 

"Bu hesaba inana bilmirəm. Ancaq önümüzdə toparlanmaq üçün 6 gün var. Bunu bacaracağımıza inanıram".

 

Qvardiola mərhələ yüksəlməyə inancının az olduğunu deyib:

 

"Kimsə inanmır ki, yarımfinala adlayaq. Biz artıq bunun əksini düşünməyə başlayacağıq. Mən komandama inanıram. Önümüzdə 90 dəqiqə var. Əlimizdən gələni edəcəyik".

 

Qeyd edək ki, cütün cavab görüşü aprelin 10-da baş tutacaq.

Xəbər xətti