Ötən aylarda karyerasını başa vurduğunu açıqlayan türkiyəli mütəxəssis Yılmaz Vural yenidən iş başına dönür.
Sportal.az xəbər verir ki, 33 illik karyerasında 28 komanda çalışdıran baş məşqçi bu dəfə "Əskişəhərspor"la anlaşıb. I Liqada çıxış edən klubun prezidenti Erdal Şahbazla görüşən 65 yaşlı mütəxəssis 5 oyunluq razılıq əldə edib.
Qeyd edək ki, "Əskişəhərspor" sona 5 tur qalmış çempionatda 31 xalla 18 komanda arasında 16-cıdır. Yılmaz Vural bu komandanı 1995/96-cı ildə də çalışdırıb.
saytlarin hazirlanmasi