Türkiyə Super Liqasını tərk edən ilk klubun adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, “Karabükspor” mövsümün başa çatmasına 6 tur qalmış elita ilə vidalaşıb. Bu, 28-ci turun “Gənclərbirliyi” – “Qalatasaray” matçının nəticəsindən sonra dəqiqləşib.
“Karabükspor” hazırda 12 xalla 18 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb. Bu komandanı 15-cı pillədə olan “Gənclərbirliyi”ndən 18 xal ayırır. 16 və 17-ci sıralarda yer alan “Konyaspor” və “Osmanlıspor”un isə 28 xalı var.
saytlarin hazirlanmasi