Lazımı formada olmadığı əsas gətirilərək Qurban Qurbanov tərəfdən əvəzedici heyətə göndərilən Mahir Mədətov "Qarabağ"ın əsas komandasına qaytarılıb.
Sportal.az xəbər verir ki, 21 yaşlı vinger Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində səfərdə keçiriləcək "Sumqayıt"la matçın iştirak ərizəsinə daxil edilib. Baş məşqçi Qurban Qurbanov Mədətova ehtiyac duysa, onu oyunun gedişində meydana buraxa bilər.
Qeyd edək ki, matç saat 19:00-da başlayacaq. "Qarabağ" qalib gəlsə, ardıcıl 5-ci, ümumilikdə 6-cı çempionluğunu qeyd edəcək.
saytlarin hazirlanmasi