Topaz Premyer Liqasında 2017/18 mövsümünün qalibi müəyyənləşib.
Sportal.az xəbər verir ki, XXIV turun bu gün keçirilən oyunlarından sonra Ağdamın “Qarabağ” klubu Azərbaycan çempionu titulunu qazanıb.
Qurban Qurbanovun yetirmələri səfərdə “Sumqayıt”ı Dani Kintananın qolu sayəsində 1-0 hesabı ilə məğlub edərək Premyer Liqanın sonuna 4 tur qalmış qızıl medalları təmin edib.
Bununla da “Qarabağ” ümumilikdə 6-cı, ardıcıl 5-ci çempionluğunu qazanıb. İlk dəfə 1993-cü ildə qızıl medallara yiyələnən ağdamlılar 2013/14, 2014/15, 2015/16, 2016/17 mövsümlərinin ardından 2017/18 mövsümündə də hamıdan güclü olub. Qurbanovun komandası həm də ardıcıl qızıl medal sayında öz rekordunu yeniləyib.
Qeyd edək ki, ümumilikdə 8 komanda qızıl medallara sahib olub və “Qarabağ” çempionluq sayında yalnız “Neftçi”dən geri qalır. Bakılılar 8, Ağdam klubu 6 dəfə yarışın qalibi olubsa, “Kəpəz”in 3, “Şəmkir”, “Keşlə” (“İnter” adlandığı vaxt) və “Bakı”nın hərəyə 2, “Turan”la “Xəzər Lənkəran”ın hərəyə 1 çempionluğu var.
Mövsüm Çempion
1992 “Neftçi”
1993 “Qarabağ”
1993/94 “Turan”
1994/95 “Kəpəz”
1995/96 “Neftçi”
1996/97 “Neftçi”
1997/98 “Kəpəz”
1998/99 “Kəpəz”
1999/2000 “Şəmkir”
2000/01 “Şəmkir”
2001/02 yarımçıq qalıb
2002/03 Keçirilməyib
2003/04 “Neftçi”
2004/05 “Neftçi”
2005/06 “Bakı”
2006/07 “Xəzər Lənkəran”
2007/08 “İnter”
2008/09 “Bakı”
2009/10 “İnter”
2010/11 “Neftçi”
2011/12 “Neftçi”
2012/13 “Neftçi”
2013/14 “Qarabağ”
2014/15 “Qarabağ”
2015/16 “Qarabağ”
2016/17 “Qarabağ”
2017/18 “Qarabağ”
saytlarin hazirlanmasi