“Qarabağ”ın polşalı müdafiəçisi Yakub Jezniçak ölkəsində rekordçu olub.
Sportal.az xəbər verir ki, 32 yaşlı futbolçu Ağdam klubu ilə çempion olmaqla karyerası ərzində 13-cü kubokunu qazanıb. Bununla da Yakub polşalı futbolçular - Ernst Pol və Kziztov Vajixin rekorduna şərik olub.
Qeyd edək ki, ötən il kapitanı olduğu “Legiya”dan “Qarabağ”a gələn Jezniçak Ağdam klubunda ilk titulunu qazanıb. Təcrübəli müdafiəçi “Legiya”da 12 titul qazanıb. Bunlardan 5-i Polşa çempionluğu, 6-sı ölkə kuboku, 1-i isə Super kubokdur.
saytlarin hazirlanmasi