Türkiyə Super Liqasında mübarizə aparan "Beşiktaş" iki ciddi itki ilə üzləşib.
Sportal.az xəbər verir ki, komandanın hücumçusu Alvaro Neqredo və müdafiəçisi Pepe üçün mövsüm erkən başa çatıb. Super Liqanın 31-ci turunda "Qalatasaray"la matçda (0:2) zədələnən hər iki oyunçunun mövsümün qalan hissəsini buraxacaqları məlum olub.
"Beşiktaş"da daha öncə Caner Erkin də mövsümü başa vurmuşdu.
Qeyd edək ki, Super Liqanın başa çatmasına 3 tur qalmış turnir cədvəlinə 66 xalla "Qalatasaray" başçılıq edir. 1 xal geri qalan "Başakşəhər" ikinci pillədə qərarlaşıb."Fənərbaxça" 63 xalla üçüncü, "Beşiktaş" 62 xalla dördüncü pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi