"Qarabağ" "Olimpiya"ya məğlub olsa, hansı komanda ilə qarşılaşacaq?

18:55 - 19 İyun 2018

Sabah Avropa Liqasında I və II təsnifat mərhələlərinin püşkü atılacaq.

 

Sportal.az xəbər verir ki, reqlamentə görə, Çempionlar Liqasında ilkin və I təsnifat mərhələsində mübarizəni dayandıran komandalar Avropa Liqasında mübarizə aparmaq üçün yarışacaqlar.

 

ÇL-in I təsnifat mərhələsində mübarizə aparan Azərbaycan təmsilçisi "Qarabağ" Sloveniyanın "Olimpiya" klubuna uduzsa, “Ludoqorets” (Bolqarıstan) - “Kruzaders” (Şimali İrlandiya) cütünün məğlubu ilə Avropa Liqasına vəsiqə uğrunda qarşılaşacaq.

 

İlk oyunlar iyulun 26-da, cavab matçları isə avqustun 2-də reallaşacaq.

Xəbər xətti