Çempionlar Liqasına hazırlaşan "Qarabağ" ölkə daxilindəki hazırlığını tamamlayıb.
Sportal.az xəbər verir ki, Ağdam klubu sabah Avstriyaya təlim-məşq toplanışı keçmək üçün yola düşəcək. "Köklən atlar" toplanış zamanı Ludoqorets (Bolqarıstan), Vakker İnsbruk (Avstriya), Suriya yığma komandası və Dinamo (Kiyev, Ukrayna) ilə yoxlama görüşləri keçirəcək. Toplanış iyulun 4-də başa çatacaq.
Qeyd edək ki, "Qarabağ" ÇL-in I təsnifat mərhələsində Sloveniyanın "Olimpiya" klubu ilə qarşılaşacaq.
saytlarin hazirlanmasi