"Qarabağ" günü iki məşqlə başa vurdu

13:13 - 22 İyun 2018

Dünən Avstriyada təlim-məşq toplanışına start verən “Qarabağ” ilk günü iki məşqlə keçirib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi axşam məşqinə Bakı vaxtı ilə 20:30-da çıxıb.

 

Hazırlıq təxminən 1 saat davam edib. Futbolçular isinmə hərəkətlərinin ardından fiziki tapşırıqları yerinə yetiriblər. Hazırlıq toplu çalışmalarla başa çatıb.

 

Qeyd edək ki, Azərbaycan çempionu Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində - iyulun 11-də və 18-də “Olimpiya” ilə qarşılaşacaq.

Xəbər xətti