“Qarabağ” Avstriyada təlim-məşq toplanışını davam etdirir.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi bu gün yerli saatla saat 12:30-da günün ilk məşqinə çıxıb.
Fitnes zalında çalışmalardan sonra futbolçular meydançaya yollanıb. İki qrup halında çalışan komanda “kvadrat” oynayıb, taktiki çalışmaları yerinə yetirib, sonda isə qapıya zərbələr üzərində çalışıb.
Qeyd edək ki, "Qarabağ" Avstriyadakı ilk yoxlama görüşünü sabah "Ludoqorets" komandasına qarşı keçirəcək.
saytlarin hazirlanmasi