"Qarabağ" günü tək məşqlə tamamladı

00:31 - 25 İyun 2018

“Qarabağ” Avstriyada təlim-məşq toplanışını davam etdirir.

 

Sportal.az xəbər verir ki, komanda bu günü tək məşqlə başa vurub. Yerli vaxtla saat 12:30-da start götürən hazırlıq 1 saat 40 dəqiqə davam edib.

 

Dünən "Ludoqorets"lə yoxlama matçında (1:1) meydanda olan futbolçular bərpa hərəkətlərini yerinə yetirib.

Xəbər xətti