"Qarabağ" Suriya millisinə uduzdu

00:18 - 1 İyul 2018

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" növbəti yoxlama oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi Suriya millisi ilə qarşılaşıb və 0:1 hesabı ilə məğlub olub.

 

"Qarabağ" bundan əvvəlki yoxlama matçlarında Bolqarıstan "Ludoqorets"i (1:1) və Avstriya "Vakker İnsbruk"u (0:0) ilə heç-heçə edib.

 

Yoxlama oyunu

30 iyun

 

"Qarabağ" - Suriya milli komandası 0:1

 

12. Şahrudin Məhəmmədəliyev, 2. Qara Qarayev, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 17. Abdulla Zubir, 19. Filip Ozobiç, 25. Ansi Aqolli, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 77. Donald Gerrye, 91. Coşqun Diniyev.

Xəbər xətti