"Qarabağ" bir məşqlə kifayətləndi

01:19 - 2 İyul 2018

“Qarabağ” yeni mövsüm hazırlıqlarını davam etdirir.

 

Sportal.az xəbər verir ki, ağdamlılar Avstriyadakı təlim-məşq toplanışında bu gün növbəti məşqini edib. Qurban Qurbanovun komandası günü tək hazırlıq prosesi ilə başa vurub.

 

Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının birinci təsnifat mərhələsində Sloveniyanın “Olimpiya” komandası ilə qarşılaşacaq.

Xəbər xətti