"Qarabağ" yeni transferi ilə neçə illik müqavilə bağladı?

12:52 - 5 İyul 2018

2018/19-cu illər mövsümünün hazırlıqlarını davam etdirən “Qarabağ” beşinci transferini rəsmiləşdirib.

 

Sportal.az xəbər verir ki, Ağdam klubu Bolqarıstan yığmasının üzvü Simeon Slavçevi heyətinə qatıb. 25 yaşlı yarımmüdafiəçiylə 3 illik müqavilə imzalayıb. Slavçev artıq komandanın Avstriyada davam edən təlim-məşq toplanışındadır.

 

Yarımmüdafiəçi peşəkar karyerasına 2010-cu ildə ölkəsinin “Liteks” klubunda başlayıb və 4 il burada forma geyindikdən sonra Portuqaliyanın “Sportinq” klubuna transfer olunub. Slavçev icarə əsasında İngiltərənin “Bolton”, Kiprin “Apollon”, son olaraq isə Polşanın “Lexiya” (Qdansk) klubunda çıxış edib. 

 

Ölkəsinin müxtəlif yaş qrupları üzrə milli komandalarında çıxış edən Slavçev 2013-cü ildən etibarən əsas milli komandaya dəvət alır. 

Xəbər xətti